Volodimir Zelenski korrupsiyaya qarşı mübarizə orqanlarının müstəqilliyini məhdudlaşdıran qanunu imzalayıb
Ukrayna prezidenti Volodimir Zelenski korrupsiyaya qarşı mübarizə orqanlarının müstəqilliyini məhdudlaşdıran qanunu imzalayıb. Bu barədə Ukrayna mediası yazır.
Bundan əvvəl qanunu Ukraynanın Ali Radasının sədri Ruslan Stepançuk da imzalayıb.
Xüsusilə, dəyişikliklər Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu və İxtisaslaşmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun müstəqilliyini ləğv edir və onları Baş Prokurorun qərarlarına tabe edir.
Əhali Ukraynanın dörd şəhərində — Kiyev, Lvov, Dnepr və Odessada qanuna qarşı etiraz aksiyası keçirib.
Bununla yanaşı, genişlənmə məsələləri üzrə komissar Marta Kosi qanunla bağlı narahatlığını bildirib və qeyd edib ki, anti-korrupsiya qurumlarının müstəqilliyi Ukraynanın Avropa inteqrasiyası üçün vacibdir.