Volodimir Zelenski Konqresə müraciət edib-Rusiyaya təcavüzünün nə qədər məhvedici olduğunu hiss etdirmək üçün sanksiyaları gücləndirə bilərsiniz, gəlin bunu edək, terrorçu cavab versin

10:22, 22.12.2022

 

Ağ Evə səfərindən sonra Ukrayna Prezidenti Volodimir Zelenski Konqresə gedib. Zelenski ABŞ qanunvericilərinə müraciət etməzdən əvvəl həm Senat, həm də Nümayəndələr Palatasının Demokrat və Respublikaçı liderləri ilə görüşüb. Ukrayna Prezidentinin çıxışında vitse-prezident Kamala Harris də iştirak edib.

Amerikalı konqresmenlər Volodimir Zelenskinin çıxışını 10 dəfə alqışlarla kəsiblər.

“Çətinliklərə və qaranlıq ssenariyə baxmayaraq, Ukrayna yıxılmayıb, yaşamağa davam edir”- deyə Zelenski Konqresə müraciətində açıqlayıb.

Zelenski Amerika xalqına təşəkkür edib. O, dünyanın bir-birinə bağlı olduğunu və heç kimin Rusiyanın Ukraynadakı təcavüzkar müharibəsinə etinasız qala bilmədiyini bildirib.

“Bu döyüşü dondurmaq və ya təxirə salmaq olmaz. Başqasının bizi qoruyacağına ümid edərək, buna göz yummaq olmaz”- deyə Zelenski açıqlayıb.

Ukrayna Prezidenti Baxmuta səfərindən də danışıb və qeyd edib ki, Rusiya şəhərə qarşı hər fürsətdən istifadə edir, lakin Baxmut öz xəttini saxlayır və heç vaxt təslim olmayacaq.

Konqresdə çıxış edən Zelenski həmçinin qeyd edib ki, onların göstərdiyi maliyyə yardımı xeyriyyəçilik deyil, demokratiyaya sərmayədir. O, Konqresi Rusiyaya qarşı sanksiyaları gücləndirməyə çağırıb.

“Rusiyaya təcavüzünün əslində nə qədər məhvedici olduğunu hiss etdirmək üçün sanksiyaları gücləndirə bilərsiniz. Bu əsassız və cinayətkar müharibəni başladanların hamısının ədalət qarşısında cavab verməsi üçün bizə kömək etmək sizin səlahiyyətinizdədir. Gəlin, bunu edək. Qoy terrorçu təcavüzə görə cavab versin və bu müharibənin vurduğu ziyanı ödəsin.

Keçən il Baxmutda 70 min insan yaşayırdı. İndi yalnız bir neçə mülki vətəndaş var. Torpağın hər qarışı qanla sulanır. Donbass şiddətli toqquşmalarda və əlbəyaxa döyüşlərdə əldən-ələ keçsə də, Ukraynanın Donbası ayaqdadır. Rusiya əlində olan hər şeyi Baxmut və digər gözəl şəhərlərə qarşı istifadə edir və işğalçılar artilleriyada əhəmiyyətli üstünlüyə malikdirlər. Onların döyüş sursatlarında üstünlüyü var, bizdə olduğundan daha çox raket və təyyarə var, amma müdafiə qüvvələrimiz yerində dayanır.

Bizə sülh lazımdır. Bəli, Ukrayna indicə prezident Baydenlə müzakirə etdiyim təklifləri artıq təqdim edib. Bizim sülh düsturumuz vahid təhlükəsizliyimiz üçün həyata keçirilməli olan 10 bəndlik düsturdur. Baydenin bu gün bu təşəbbüsü dəstəkləməsindən məmnunam. Amerikalıların liderliyinin güclü, ikipalatalı və ikipartiyalı qalması üçün hər biriniz bunun baş verməsinə kömək edə bilərsiniz “-deyə Zelenski bildirib.

Oxşar