Volodimir Zelenski Kiyevdəki xəstəxanalardan birində yaralı hərbçiləri ziyarət edib
Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdəki xəstəxanalardan birində yaralı hərbçiləri ziyarət edib. Məlumatı Ukrayna Prezident Administrasiyasının Ofisi yayır.
Daha sonra Ukrayna lideri Mariinski sarayında ukraynalı hərbçiləri mükafatlandırıb.
Dekabrın 6-da Ukrayna ölkənin Silahlı Qüvvələr Gününü qeyd edib. Silahlı Qüvvələr Günündə Volodimir Zelenski Donetsk vilayətinin Slavyansk şəhərinə gedib, daha sonra isə Xarkova gedərək həkimlərlə görüşüb və hərbçiləri mükafatlandırıb.
“Ukrayna Silahlı Qüvvələri artıq səkkiz il 286 gündür gözəl dövlətimizi işğalçıdan, Rusiya təcavüzündən qoruyur. Torpaqlarımızda bir nəfər belə olsun işğalçının olmayacağı, bütün vətəndaşlarımızın yenidən azad olacağı gün üçün minlərlə ukraynalı canından keçib. Döyüş meydanında dövlətimiz, Ukrayna uğrunda, həyatı Ukraynanın igidliyinin qəhrəmanlıq tarixinin bir hissəsinə çevrilən həlak olanların hamısının xatirəsini bir dəqiqəlik sükutla yad edək. Bütün günü müdafiəçilərimizlə keçirmək mənim üçün şərəfdir. Səhər Donetsk vilayətində idim, ən təhlükəli və məsuliyyətli bölgələrdə dövlətimizi qoruyan döyüşçülərə təşəkkür etdim. Xarkov vilayətində idim, sınmaz döyüşçülərin həyatını xilas etmək üçün çalışan həkimlərə təşəkkür etdim”- deyə Zelenski açıqlayıb.
Ukrayna prezidenti 60 ukraynalı hərbçinin Rusiya əsirliyindən azad edilməsindən də danışıb.
“Rusiyanın əsirliyindən daha 60 döyüşçünü vətənə qaytara bildik. Bizimkiləri qaytarmağa davam edəcəyik və hamını azad edəcəyik” – deyə Zelenski açıqlayıb.