Volodimir Zelenski Kit Kelloqu "Patriot" müdafiə sistemi ilə müqayisə etdi - "Kellogun səfəri zamanı Kiyevə qarşı kütləvi hücumlar həyata keçirilmir"
Volodimir Zelenski Kit Kelloqu "Patriot" müdafiə sistemi ilə müqayisə etdi - "Kellogun səfəri zamanı Kiyevə qarşı kütləvi hücumlar həyata keçirilmir"

Ukrayna prezidenti Kit Kelloqu “Patriot” sistemi ilə müqayisə etdi. Bu barədə Volodimir Zelenski Kiyevdə bildirib.

Volodimir Zelenski ABŞ prezidentinin xüsusi nümayəndəsi Kit Kelloqa Ukraynaya səfərinə görə təşəkkür edib. O, həmçinin qeyd edib ki, Kelloqun səfəri zamanı Kiyevə kütləvi həyata keçirilmir, başqa ölkələrin nümayəndələrinin səfərləri zamanı belə hal baş vermir.

“Həmçinin general Kelloga təşəkkürümü bildirmək istəyirəm. İndiyədək bilmirdik ki, Amerika Birləşmiş Ştatlarının “Patriot”dan geri qalmayan başqa müdafiə sistemi də var. Siz burda olanda bu haqda həqiqətən hər dəfə danışırlar”, – Zelenski qeyd etdi.

Xatırladaq ki, Kelloq sentyabrın 11-də Kiyevə səfər edib.