Volodimir Zelenski – cəbhədə perspektivləri görürük, terror dövlətinin niyyətlərini görürük və cavab verəcəyik

13:18, 24.12.2022

 

Ukrayna Prezidenti Volodimir Zelenski gündəlik videomüraciəti zamanı gələn ay və ümumilikdə gələn il üçün hazırlıq getdiyini bildirib.

“Gələn aylara və ümumilikdə gələn ilə hazırlaşırıq. Vəzifəmiz dəyişməzdir. Bu, torpaqlarımızın azad edilməsidir. İnsanların təhlükəsizliyi. Rus hücumları nəticəsində ölkənin bərpası. Bunlar bizim addım-addım yaxınlaşdığımız Ukraynanın qələbəsinin tərkib hissələridir. Biz cəbhədə perspektivlər görürük. Terror dövlətinin hərəkətlərinin müxtəlif variantlarına hazırlaşırıq, onların niyyətlərini görürük və cavab verəcəyik”- deyə Volodimir Zelenski açıqlayıb.

Ukrayna Prezidenti Rusiya vətəndaşlarına da müraciət edib və qeyd edib ki, onlar terrorun heç vaxt cavabsız qalmayacağını aydın başa düşməlidirlər.

Oxşar