Volodimir Zelenski İziumda daha iki kütləvi məzarlıq aşkarlandığını bildirir

15:14, 26.09.2022

 

Ukrayna prezidenti Volodimir Zelenski İziumda işgəncə və zorakılıq əlamətləri olan yüzlərlə cəsədin olduğu daha iki kütləvi məzarlıq aşkarlandığını bildirir.

Prezident bu barədə “CBS” telekanalına müsahibəsində açıqlayıb.

İndiyədək şəhər azad edildikdən sonra kütləvi məzarlıqlardan azyaşlılar da daxil olmaqla 477 meyitin çıxarıldığı məlum idi. Cəsədlərin bəzilərinin boyunlarında və əl daraqlarında kəndir var.

Oxşar