Volodimir Zelenski İsrailə müraciət edir-qərar verin Ukraynanı mı, yoxsa Rusiyanı mı dəstəkləyirsiniz

21:27, 24.10.2022

 

Ukrayna prezidenti Volodimir Zelenski İsrailə müraciət edir-qərar verin Ukraynanı mı, yoxsa Rusiyanı mı dəstəkləyirsiniz. Prezident videokonfrans vasitəsilə Haaretz Demokratiya Sammitində iştirak edib və İsraili demokratik dünya ilə birlikdə olub-olmamaq istədiklərini qərarlaşdırmağa çağırıb.

“Dövlətinizin kimin tərəfdarı olduğunu seçmək vaxtı çatmayıbmı? Mövcudluq təhlükəsinə qarşı mübarizə aparan demokratik dünya ilə mi, yoxsa qlobal təhlükəsizliyi tamamilə məhv etməklə təhdid edən rus terroruna göz yumanlarla mı?”- deyə Zelenski bildirib.

Eyni zamanda, Ukrayna prezidenti tibbi yardıma görə İsrailə təşəkkür edib və Ukraynanın hava hücumlarının qarşısını almaq üçün hərbi yardım alacağına ümid etdiyini bildirib.

Volodimir Zelenski oktyabrın 17-də İran dronları ilə edilən hücumlar zamanı İkinci Dünya Müharibəsindən sağ çıxan yaşayış evinin dağıldığını açıqlayıb.

Oxşar