Volodimir Zelenski – işğalçılar Baxmut şəhərində bir dənə də olsun bütöv divar qalmaması üçün hər şeyi edirlər
İşğalçılar Baxmut şəhərində bir dənə də olsun bütöv divar qalmaması üçün hər şeyi edirlər – bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində açıqlayıb.
Ukrayna prezidenti Donetsk və Luqansk vilayətlərində əsas istiqamətin məhz Baxmut olduğunu bildirib. Zelenski tərəfdaş ölkələrin Ukraynaya kifayət qədər müasir hava hücumundan müdafiə sistemləri tədarük edəcəyi təqdirdə , Rusiya terrorunun əsas silahının zərərsizləşdiriləcəyini bildirib. Ukrayna prezidenti həmçinin bildirib ki, Rusiya artıq raket zərbələri endirə bilməyəndə təcavüzünü dayandırmalı olacaq.
“Biz artıq bu qış həm ölkəmiz üçün, həm də Rusiyanın torpağımıza gətirdiyi eyni təcavüzə, eyni terrora məruz qala biləcək hər hansı digər xalqlar üçün sülh sammiti, xüsusi zirvə toplantısı hazırlayırıq. Ukrayna Sülh Formulu qlobal əhəmiyyət kəsb edən yeni təhlükəsizlik arxitekturasını yarada bilən on parlaq nöqtədir. Bütün Ukrayna torpaqlarımıza, bütün xalqımıza azadlıq qaytaracaq və digər xalqların azadlığının və təhlükəsizliyinin təminatı olacaq bir şey. Beləliklə, biz tərəfdaşlarımızı sülhü təmin etmək üçün öz liderliklərini nümayiş etdirməyə dəvət edirik, necə ki, müxtəlif ölkələrin və müxtəlif dövlət xadimlərinin rəhbərliyi indi azadlığı qoruyur. Biz birlikdə Ukrayna üçün, Avropanı və demokratik dünyanı birləşdirən dəyərlər, həyatın qlobal dəyəri uğrunda mübarizə aparırıq. Rusiyanın məhv etməyə çalışdığı hər şeyə görə” – deyə Volodimir Zelenski açıqlayıb.