Volodimir Zelenski - İranla uzanan müharibə ABŞ-ın Ukraynaya dəstəyini azalda bilər
Volodimir Zelenski - İranla uzanan müharibə ABŞ-ın Ukraynaya dəstəyini azalda bilər

İranla uzanan müharibə ABŞ-ın Ukraynaya dəstəyini azalda bilər, – bu barədə Volodimir Zelenski “Associated Press”ə verdiyi müsahibədə bildirib.

Onun dediyinə görə, ən ciddi problemlərdən biri hava müdafiə sistemlərinin çatışmazlığıdır, xüsusilə də “Patriot” sistemi, çünki bu sistem Rusiyanın ballistik raketlərindən qorunmaq üçün həyati əhəmiyyət daşıyır.

“Etiraf etməliyik ki, hazırki mərhələdə artıq prioritet deyilik.İranla uzanan müharibənin dəstəyin azalmasına səbəb olacağından qorxuram”, – deyə Zelenski bildirib.

Zelenskinin dediyinə görə, bu sistemlər heç vaxt kifayət qədər miqdarda çatdırılmayıb və əgər İran müharibəsi tezliklə bitməsə, “düşünürəm ki, bizim üçün o qədər də böyük olmayan paket günbəgün daha da kiçiləcək”.

“Əlbəttə ki, biz qorxuruq”, – deyə Zelenski qeyd edib.

Bununla yanaşı, Ukrayna prezidenti qeyd edib ki, Avropa tərəfdaşlarının dəstəyinə baxmayaraq, mövcud resurslar hələ də məhduddur və ölkənin təhlükəsizliyini təmin etmək üçün kifayət deyil. Zelenskinin sözlərinə görə, Rusiya Yaxın Şərqdəki müharibədən iqtisadi fayda əldə edir. “Rusiya buna görə əlavə pul qazanır, buna görə də, bəli, onların faydası var”, –  Zelenski qeyd edib.