Volodimir Zelenski ilə Emmanuel Makron arasında telefon danışığı baş tutub
Ukrayna Prezidenti Volodimir Zelenskinin bildirdiyinə görə, Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı keçirib.
Zelenskinin sözlərinə görə, danışığın əsas mövzusu diplomatik proseslər, cəbhədəki vəziyyət və Ukrayna Hərbi Hava Qüvvələrinin gücləndirilməsi olub. Ukrayna prezidenti qeyd edib ki, Avropanın sülh danışıqları prosesində iştirakı zəruridir və Avropanın səsi mühüm rol oynamalıdır.
“Rusiya Ukrayna ərazisinə, bizim şəhər və kəndlərimizə qarşı raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirməyə davam etmək üçün əlindən gələni edir. Bu hücumların qarşısını necə ala biləcəyimizi, insanların həyatını necə daha yaxşı qoruya biləcəyimizi və əlavə hava hücumundan müdafiə sistemlərinin alınması zərurətini müzakirə etdik. Fransanın dəstəyinə və qətiyyətli addımlarına böyük ümid bəsləyirik”, – deyə Volodimir Zelenski bildirib.