Volodimir Zelenski ikinci müddətə prezidentliyə namizəd olub-olmayacağını hələ bilmədiyini bildirir
Ukrayna prezidenti Volodimir Zelenski ikinci müddətə prezidentliyə namizəd olub-olmayacağını hələ bilmədiyini bildirir.
Zelenskinin bildirdiyinə görə, bu, Rusiyanın Ukraynaya qarşı müharibəsinin necə bitməsindən asılı olacaq.
“Çeski Rojlas Plus”a müsahibəsində Volodimir Zelenski bu məsələ barədə vaxtaşırı düşündüyünü təsdiqləyib.
Volodimir Zelenskidən müharibə bitdikdən sonra nə edəcəyi ilə bağlı şəxsi istəyi olub-olmadığı soruşulub.
“Bəzən sadəcə uşaqlarımla bir az daha çox vaxt keçirmək istəyirəm. Və düzünü desəm, bu mərhələdə harada olmağın əhəmiyyəti yoxdur”, – deyə Ukrayna prezidenti qeyd edib.
Ukrayna mediasının məlumatına görə, ötən ilin dekabr ayında Zelenski qeyd edib ki, Ukrayna Rusiya ilə sülh müqaviləsi imzaladıqdan sonra “mümkün qədər tez” prezident seçkiləri keçirməlidir. Zelenski deyib ki, bu mövqeni Ukraynanın tərəfdaşları da bölüşür.