Volodimir Zelenski - "Hörümçək toru" əməliyyatı göstərdi ki, Ukrayna həssas zərbələr endirməyə qadirdir və bu, təkcə Ukraynanın müdafiəsini deyil, həm də bütün Avropanın təhlükəsizliyini gücləndirir
Volodimir Zelenski - "Hörümçək toru" əməliyyatı göstərdi ki, Ukrayna həssas zərbələr endirməyə qadirdir və bu, təkcə Ukraynanın müdafiəsini deyil, həm də bütün Avropanın təhlükəsizliyini gücləndirir

Ukrayna prezidenti Volodimir Zelenskinin bildirdiyinə görə, “Hörümçək toru” əməliyyatı Ukraynanın həssas zərbələr endirməyə qadir olduğunu göstərib.

Onun söylədiyinə görə, bu, təkcə Ukraynanın müdafiəsini deyil, həm də bütün Avropanın təhlükəsizliyini gücləndirir.

Bu barədə Zelenski “Buxarest Doqquzluğu”nun iclasında bildirib.

“Silah istehsalı əsas amildir. Ukraynanın güclənməsi müharibəni bitirmək və onun yayılmasının qarşısını almaq üçün bir yoldur. Biz Rusiyanın alyansa və onun üzvlərinə təsir göstərmək gücünə malik olmadığını göstərməliyik. Bu prinsip dəyişməz qalmalıdır. Avro-Atlantik təhlükəsizlik Avro-Atlantik ölkələrin işidir. Putin Avropaya qarşı çıxmağa qərar verib, buna görə də onun bizim gələcəyimizin müəyyən edilməsində yeri yoxdur. Biz bunu iyunda açıq şəkildə göstərməliyik, çünki Avropa öz təhlükəsizliyi ilə bağlı güzəştə getməyəcək”, – deyə Zelenski bildirib.

Məlumat üçün bildirək ki, “Buxarest Doqquzluğu” təhlükəsizlik sahəsində əməkdaşlıq etmək üçün 2015-ci ildə yaradılıb. Buraya Polşa, Çexiya, Slovakiya, Macarıstan, Rumıniya, Bolqarıstan, Latviya, Litva və Estoniya daxildir.