Volodimir Zelenski - Hərbi Hava Qüvvələrimizə, zenitçilərimizə və Ukrayna səmasını qoruyan hər kəsə təşəkkürlər, bugünkü nəticə 60 neytrallaşdırılmış raketdir, təəssüf ki, zərər də var
Volodimir Zelenski - Hərbi Hava Qüvvələrimizə, zenitçilərimizə və Ukrayna səmasını qoruyan hər kəsə təşəkkürlər, bugünkü nəticə 60 neytrallaşdırılmış raketdir, təəssüf ki, zərər də var

 

Hərbi Hava Qüvvələrimizə, zenitçilərimizə və Ukrayna səmasını qoruyan hər kəsə təşəkkürlər, bugünkü nəticə 60 neytrallaşdırılmış raketdir-bu barədə Prezident Volodimir Zelenski videomüraciətində açıqlayıb.

Zelenski bu raketlərin 40-dan çoxunun ölkənin mərkəzi bölgələrinin səmasında və paytaxt yaxınlığında məhv edildiyini bildirib. Prezident bunun üçün ukraynalı döyüşçülərə təşəkkür edir.

“Təəssüf ki, zərər də var. Terrorçuların, heç olmasa bəziləri hədəfə çatmaq üçün kütləvi raket hücumlarına ehtiyacı var. Bu gün onların bütün hədəfləri mülki, əsasən enerji və istilik təchizatı obyektləridir. Ölkə boyu, əksər şəhər və rayonlarda fövqəladə elektrik kəsilməsi baş verib” – deyə Zelenski açıqlayıb.

Ukrayna Prezidenti Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi 9-cu sanksiyalar paketinə də münasibət bildirib və həmrəyliyə görə liderlərə təşəkkür edib.