Volodimir Zelenski – Gürcüstan əhalisinə və hakimiyyətinə müraciət edirəm, hazırda Saakaşvili ilə bağlı baş verənlər Gürcüstana yaraşmır, onu Ukrayna, Avropa və ya Amerika klinikasına köçürün
Hazırda Mixeil Saakaşvili ilə bağlı baş verənlər təhqirdir, bu, Gürcüstana yaraşmır və buna son qoyulmalıdır – bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski gündəlik videomüraciətində açıqlayıb.
Zelenski Gürcüstan əhalisinə və hakimiyyətinə müraciət edərək, Mixeil Saakaşvilini Ukraynadakı, başqa bir Avropa ölkəsi və ya Amerikadakı klinikaya köçürməyi istəyib.
“Gürcüstandakı bütün dostlarımıza və sadəcə vicdanlı insanlara müraciət etmək istəyirəm. Yəqin ki, hamı Mixeil Saakaşvilinin indi hansı vəziyyətdə olduğunu, səhhətinin necə olduğunu görüb. Bu səbəbdən Gürcüstan xalqına, Gürcüstan hakimiyyətinə müraciət edirəm – xüsusilə Milad bayramı öncəsi mərhəmət göstərmək lazımdır. Hazırda Mixeil Saakaşvili ilə bağlı baş verənlər təhqirdir. Bu, Gürcüstana yaraşmaz. Buna son qoyulmalıdır. Xahiş edirəm onun həyatını xilas edə biləcək bir qərar verin. Mixeil Saakaşvilini Ukraynada, başqa bir Avropa ölkəsində və ya Amerikada istənilən klinikaya köçürün. Məhz indi bu xeyirxah addımı atmağın vaxtıdır”- deyə Volodimir Zelenski açıqlayıb.