Volodimir Zelenski – Faktiki olaraq, biz Rusiyanın cənubunun blokadasına nail olduq

10:43, 15.08.2026

Faktiki olaraq, biz Rusiyanın cənubunun blokadasına nail olduq, – bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

Ukrayna prezidentinin sözlərinə görə, Ali Baş Komandanlığın Qərargahının iclasında Slavvansk və Konstantinovski rayonlarının gücləndirilməsi üçün addımlar və tədbirlər müəyyən edilib.

Zelenski hesab edir ki, avqust ayında Ukrayna ordusu 30 minə qədər rus hərbçisini məhv edəcək.

“Uzunmüddətli sanksiyalar planı həyata keçirilir və orta mənzilli hədəflərə endirdiyimiz zərbələr artır. Biz, faktiki olaraq, Rusiyanın cənubunun blokadasına nail olmuşuq və Rusiyanın limanlarımıza və şəhərlərimizə endirdiyi zərbələrə cavab olaraq bu strateji əməliyyatı genişləndiririk, həm də kifayət qədər ədalətli şəkildə genişləndiririk. Rusiya neft sektorunda fəaliyyət göstərən neft emalı zavodlarına və onların obyektlərinə qarşı sanksiyalarımız, Rusiyanın hərbi logistikasına endirdiyimiz zərbələr, həmçinin Qara və Azov dənizlərindəki əməliyyatlarımız – bütün bunlar Rusiyanın hərbi potensialını məhdudlaşdırmağa yönəlib. Bunun ardınca daha aktiv siyasi və hüquqi addımların atılması vacibdir”, – deyə Ukrayna Prezidenti qeyd edib.

Oxşar