Volodimir Zelenski - "Drujba" neft boru kəmərinin fəaliyyətinin bərpası Rusiyaya qarşı sanksiyaların ləğvinə bərabərdir
Volodimir Zelenskinin sözlərinə görə, “Drujba” neft boru kəmərinin bərpası Rusiyaya qarşı sanksiyaların qaldırılmasına bərabərdir, – bu barədə Ukrayna prezidenti jurnalistlərlə söhbətində bildirib. Məlumatı “İnterfaks-Ukrayna” agentliyi yayır.
“Birinci məsələ – hər kəs Rusiya neft ixracını bərpa etmək qərarına mı gəldi? Mən dedim ki, bu, mənim üçün çətindir, çünki liderlər bu addımı atmaq istəyirlər. Bu, səhvdir. Daha qlobal bir sual: Rusiya neftini satırıq, ya yox? Çünki onlar məni “Drujba” boru kəmərini bərpa etməyə məcbur edirlər. Bu, Rusiyaya qarşı sanksiyaların ləğv edilməsindən nə ilə fərqlənir?” – deyə Zelenski bildirib.
Zelenski Rusiya neft ixracının bərpası faktına qarşı olduğunu vurğulayıb, amma əgər Ukraynanın silah almayacağı şərtini irəli sürsələr, o zaman o, bu məsələdə tərksilah olunur.
“Mən Avropadakı dostlarımıza dedim ki, buna şantaj deyilir”, -Zelenski deyib.
Məlumat üçün bildirək ki, Rusiya neftini Macarıstan və Slovakiyaya tədarük edən “Drujba” neft kəməri 27 yanvardan bəri fəaliyyət göstərmir. Buna səbəb Rusiyanın Ukraynaya hücumu zamanı boru kəmərinə dəyən ziyandır. Budapeştdə hesab edirlər ki, Kiyev neft kəmərinin fəaliyyətini qəsdən gecikdirir.