Volodimir Zelenski Donetsk vilayətinin Slavyansk şəhərinə səfər edib

16:01, 06.12.2022

 

Ukrayna prezidenti Volodimir Zelenski Donetsk vilayətinin Slavyansk şəhərinə səfər edib.

Slavyanskda Zelenski videomüraciət yazıb və ukraynalı hərbçiləri Ukrayna Silahlı Qüvvələri Günü münasibətilə təbrik edib.

“Mən bu günü ön xəttdə döyüşçülərimizlə qarşılayıram. Bu gün biz Donbasdayıq. Döyüş əməliyyatlarının ərazisi- daha da böyüyüb, döyüş -daha ağırdır, bədəl -daha yüksəkdir” – deyə Zelenski açıqlayıb. O, hər kəsi bu gün döyüşlərdə həlak olan bütün hərbçilərin xatirəsini bir dəqiqəlik sükutla yad etməyə çağırıb.

“İndi Ukrayna Silahlı Qüvvələrinin ilidir, Ukrayna Silahlı Qüvvələrinin vaxtıdır. Ukraynalı müdafiəçilərin kim olduğunu hər kəs görür. Kimsə özünü dünyanın ikinci ordusu adlandırırdı, ancaq birinci yeri tutanı hər kəs görür. Hamı sizin gücünüzü, dözümünüzü, bacarıqlarınızı, standartlarınızı, Ukrayna standartlarını görür” – deyə Zelenski videomüraciətində bildirib.

Oxşar