Volodimir Zelenski - Donald Trampla vacib və faydalı söhbətim oldu, insanların həyatını və müstəqilliyini qorumağa imkan verən dəstəyə görə minnətdarıq
ABŞ prezidenti Donald Trampla çox vacib və faydalı söhbətim oldu. Biz insanların həyatını və müstəqilliyimizi qorumağa imkan verən dəstəyə görə minnətdarıq, – bu<span;> barədə Ukrayna prezidenti Volodimir Zelenski sosial şəbəkədə yazır.
Zelenskinin izah etdiyinə görə, o, Trampla Rusiyanın hava zərbələri və daha geniş cəbhədəki vəziyyət barədə danışıb.
Təşəkkür edirəm Ukraynaya belə diqqət ayırdığınız üçün. Biz hava müdafiə imkanlarını müzakirə etdik və razılaşdıq ki, səmanın müdafiəsini gücləndirmək üçün birlikdə işləyəcəyik, həmçinin müdafiə sənayesinin imkanları və birgə istehsal imkanları barədə ətraflı danışdıq. İkitərəfli alış-veriş və investisiyalar müzakirə olundu. Təşəkkür edirəm,” – Zelenski yazır.