Volodimir Zelenski Donald Trampla "Patriot" sistemləri üçün yeni raketlərin tədarükü barədə razılığa gəldiyini bildirir
Ukrayna Prezidenti Volodimir Zelenski Davosda Donald Trampla “Patriot” sistemi üçün yeni raketlərin tədarükü barədə razılığa gəldiyini bildirib.
“Prezident Trampla bir saatdan çox danışdım və “Patriot” üçün raketlərin sayını deməyəcəm, amma PAC-3 raketləri aldım”, – deyə Zelenski bildirib.
Qeyd etmək lazımdır ki, PAC-3 tipli raketlər “Patriot” sistemləri üçün Ukrayna arsenalıdakı yeganə silahdır ki, rus ballistik raketlərini neytrallaşdıra bilir və prezident Zelenski bir neçə dəfə bu raketlərin çatışmazlığından danışıb.