Volodimir Zelenski, Donald Trampın real olaraq Ukraynada müharibəni necə dayandıracağını bilmədiyini deyir
Ukraynanın Prezidenti Volodimir Zelenski, hesab edir ki, ABŞ-nin Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp əslində Ukraynada müharibəni necə dayandıracağını bilmir.
Bu haqda Ukraynanın lideri “The New Yorker”a verdiyi müsahibəsində bəyan edib.
Zelenski jurnalistlərə deyib ki, Tramp real olaraq müharibəni necə dayandıracağını bilmir, hətta “bunu necə edəcəyini bildiyi ona görünsə belə”.
“Bu müharibə ilə bağlı, tez-tez elə olur ki, ona nə qədər dərindən baxsan, bir o qədər az başa düşürsən” – prezident bildirib.
Onun sözlərinə əsasən, o, “Günü sabahdan bunu necə bitirəcəyini bildiyinə əmin olan, lakin təfərrüatlara dərindən vardıqda hər şeyin o qədər də sadə olmadığını başa düşən bir çox liderləri” görüb.
Xatırladaq ki, bundan əvvəl Donald Tramp qələbə qazanacağı təqdirdə Rusiya və Çinlə danışıqlar apara biləcəyini bildirmişdi. Həmçinin, Tramp dəfələrlə Ukraynada müharibəni necə bitirəcəyini bildiyini deyib.