Volodimir Zelenski - Dauninq-stritdə keçirilən görüşdə ABŞ tərəfi ilə birgə diplomatik işləri ətraflı müzakirə etdik
Volodimir Zelenski - Dauninq-stritdə keçirilən görüşdə ABŞ tərəfi ilə birgə diplomatik işləri ətraflı müzakirə etdik

Böyük Britaniya, Almaniya, Fransa və Ukrayna liderlərinin Dauninq-stritdə görüşü başa çatıb. Liderlər arasında görüş iki saat yarım davam edib.

“BBC”nin yazdığı kimi, danışıqların böyük bir hissəsi Avropa və Ukraynanın birliyinə yönəlib.

Görüşdən sonra Ukrayna prezidenti sosial şəbəkədəki paylaşımında bu gün ABŞ, Avropa və Ukrayna arasında birliyin vacib olduğunu yazır.

“Biz Amerika tərəfi ilə birgə diplomatik işimizi ətraflı müzakirə etdik, təhlükəsizlik zəmanətlərinin əhəmiyyəti, yenidənqurma və gələcək addımlar barədə ümumi mövqe barədə razılığa gəldik. Ayrıca, Ukraynanın əlavə hərbi dəstəyi barədə danışdıq”, – Zelenski yazır.

Xatırladaq ki, Ukrayna lideri Londondan Brüsselə səfər edəcək, burada NATO-nun baş katibi və Avropa Komissiyasının sədri ilə görüşəcək.