Volodimir Zelenski – Daria Duqinanın qətli bizim məsuliyyətimiz deyil
Ukrayna prezidenti Volodimir Zelenski Daria Duqinanın qətlində Ukraynanın məsuliyyət daşımadığını bildirib.
“Buna görə məsuliyyət daşımırıq. O, Ukrayna vətəndaşı deyildi, onunla maraqlanmırıq. O, bizim ərazimizdə deyil, hətta işğal olunmuş ərazilərdə belə deyil” – deyə Zelenski bildirib.
Aleksandr Duqinin qızı Daria Duqina bir neçə gün əvvəl Moskva vilayəti yaxınlığında avtomobildə partladılıb. Rusiya Federal Təhlükəsizlik Xidməti hücumçunun iyul ayında azyaşlı qızı ilə Rusiyaya gələn ukraynalı olduğunu bildirib.