Volodimir Zelenski Danimarkanın Baş naziri ilə birlikdə Nikolayev xəstəxanasında yaralı hərbçiləri ziyarət edib
Ukrayna Prezidenti Volodimir Zelenski Danimarkanın Baş naziri Mette Frederiksen ilə birlikdə Nikolayev xəstəxanalarından birində yaralı ukraynalı hərbçiləri ziyarət edib.
Zelenski bu barədə “Facebook” sosial şəbəkəsində yazır və tibb müəssisəsinə səfərinin videosunu dərc edir.
“Döyüşçülərimizin təkcə fiziki deyil, həm də psixoloji reabilitasiyadan keçməsi vacibdir. Müdafiəçilərimizin sağlamlığının qayğısına qalan bütün tibb işçilərinə təşəkkür edirik. Tezliklə sağalmağınızı arzulayıram”-deyə Zelenski yazır.