Volodimir Zelenski Cey Di Vense Ukraynaya səfər etmək üçün dəvət göndərdiyini təsdiqləyib

21:02, 24.03.2025

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın vitse-prezidenti Cey Di Vensə Ukraynaya səfər etmək üçün dəvət göndərdiyini təsdiqləyib. Zelenski bu barədə “Time” nəşrinə müsahibəsində bildirib.

Medianın yazdığına görə, Zelenski son telefon danışığında Vensə müharibə dövründə Ukraynaya səfər etməmək qərarına yenidən baxmağı təklif edib.

Yayılan məlumata əsasən, ABŞ-ın vitse-prezidenti dəvətə cavab verməyib.

Xatırladaq ki, fevralın 28-də Ağ Evdə keçirilən görüşdə Volodimir Zelenski Vense ölkədə baş verənləri öz gözləri ilə görmək üçün Ukraynaya səfər etməyə çağırıb.

Oxşar