Volodimir Zelenski – bu günlərdə Rusiyanın Gürcüstana qarşı müharibəsini yada salırlar, müharibə hələ keçmişdə qalmayıb, o dövrün çağırışları bu gün də aktualdır
Ukraynada müharibədən sonra dondurulmuş münaqişə qalmamalıdır-bu barədə Ukrayna prezidenti Volodimir Zelenski ənənəvi videomüraciətində bildirib.
Zelenski çıxışı zamanı 2008-ci ilin Rusiya-Gürcüstan müharibəsindən bəhs edib və Qafqazın bu hissəsində hələ də Rusiya təcavüzünün davam etməsi təhlükəsinin olduğunu qeyd edib. Buna görə də o, bir daha dünyanı bu cür təcavüzün qarşısını almaq üçün lazımi təsir vasitələri yaratmağa çağırıb.
“Bu günlərdə 2008-ci ildə Rusiyanın Gürcüstana qarşı müharibəsini yada salırlar. Bu müharibənin səbəbləri və nəticələri haqqında çox danışırlar. NATO-ya üzvlük haqqında fəaliyyət planının Ukraynaya və Gürcüstana verilməsindən imtina etməklə Rusiya hakimiyyətinin cəsarətinin artdığı barədə danışırlar. Lakin o müharibə hələ keçmişdə qalmayıb . Ona görə də təkcə nəyin olması barədə deyil, həm də nələrin edilə biləcəyini danışmaq labüddür. O dövrün çağırışları bu gün də aktualdır. Həm də təkcə ona görə yox ki, dondurulsa belə Qafqazın bu hissəsində Rusiya təcavüzünün davam etməsi təhlükəsi hələ də qalmaqdadır. Yalnız indi dünya bu cür təcavüzün qarşısını almaq və təcavüzkarlara cavab vermək üçün real, effektiv vasitələrə ehtiyacın olduğunu dərk etməyə başlayıb . 2008, 2014 və 2022-ci illər – bu illərdə başlanan müharibələr müxtəlif miqyasda və xarakter daşıyır, lakin baş verənlərin bir mahiyyəti var – regional və qlobal təhlükəsizlik mexanizmləri işləmədi. Məhz buna görə də bizim çoxdan, hətta fevralın 24-dən əvvəl də xahiş etdiyimiz beynəlxalq münasibətlərdə zəruri prevensial prinsipə ehtiyac var. Əgər indidən hansısa dövlətin aqressiyaya- ədalətsiz, əsassız, qeyri-qanuni təcavüzə hazırlandığı məlumdursa, o zaman dünyanın cavabı artıq baş vermiş təcavüzə bənzəməlidir. Zərbələri və qurbanları gözləməyə ehtiyac yoxdur, elə hərəkət etmək lazımdır ki, belə şeylərə yol verilməsin. Rusiyanın Ukraynaya qarşı başlatdığı bu müharibədən sonra dondurulmuş münaqişələr olmamalıdır. Əsas nəticə budur. Ukrayna Rusiya tərəfindən müvəqqəti işğal edilmiş hər şeyi geri almalıdır və təcavüzkar dövlət cinayətkar təcavüzə görə cəzalandırılmalıdır” – deyə Zelenski bildirib.