Volodimir Zelenski - Böyük Britaniya, ABŞ və bütün tərəfdaşların müharibənin bitməsi istiqamətində göstərdikləri iradəni  qiymətləndiririk, konkret addımlar tələb olunur, tərəfdaşlarla maksimum səviyyədə koordinasiya vacibdir

Volodimir Zelenski və Kir Starmer arasında telefon danışığı olub.

“Dəstəyə görə minnətdaram. Biz Ukrayna üçün həqiqətən dayanıqlı sülhün zəruriliyini və Rusiya planının təhlükəsini eyni şəkildə görürük,” – deyə Volodimir Zelenski qeyd edib.

Ukrayna prezidenti biıdirib ki, Böyük Britaniya, ABŞ və bütün tərəfdaşların müharibənin sona çatdırılması istiqamətində iradəsini qiymətləndirir.

“Aydın addımlar tələb olunur, tərəfdaşlarla maksimum koordinasiya. Biz Böyük Britaniya, ABŞ və bütün tərəfdaşların müharibənin dayandırılması istiqamətində iradəsini qiymətləndiririk. Biz konstruktiv diplomatiya üçün və həll yollarının işləməsini təmin etmək üçün fəal işləyirik. Gələcək əlaqələr barədə razılığa gəldik,” – Volodimir Zelenski bildirib.