Volodimir Zelenski - BMT Təhlükəsizlik Şurası köhnəlmiş veto sisteminə görə hazırda təcavüzü dayandıra və sülhü bərpa edə bilmir
Volodimir Zelenski - BMT Təhlükəsizlik Şurası köhnəlmiş veto sisteminə görə hazırda təcavüzü dayandıra və sülhü bərpa edə bilmir

 
BMT Təhlükəsizlik Şurası köhnəlmiş veto sisteminə görə təcavüzü dayandıra bilmir-bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski söyləyib.

“Bu il Ukrayna Birləşmiş Millətlər Təşkilatına BMT-nin əsas təsisatının- Təhlükəsizlik Şurasının islahat baxışını təqdim edib. Təcavüzkarın veto hüququndan sui-istifadə etməsinə məhdudiyyətin olmadığı köhnə veto sisteminə görə Təhlükəsizlik Şurası hazırda təcavüzü dayandıra və sülhü ümumiyyətlə bərpa edə bilmir. Bu dəyişdirilməlidir” – deyə Zelenski gündəlik müraciətində bildirib.

Ukrayna Prezidenti Amerikaya səfəri zamanı əldə olunan razılaşmalardan da danışıb və qeyd edib ki, hazırda Ukraynanın müdafiə sistemi daha da güclənib.

“Bizim yeni həll yollarımız, ABŞ-dan yeni müdafiə paketləri, o cümlədən artilleriya, lazımi mərmilər, “HİMARS” döyüş sursatları, hava hücumundan müdafiə raketləri, əlavə hava hücumundan müdafiə sistemləri, taktiki maşınlar və bir neçə başqa silah növü var. Kanada ilə yarım milyard ABŞ dolları məbləğində uzunmüddətli müdafiə dəstəyinə dair razılaşmamız var”- deyə Volodimir Zelenski bildirib.