Volodimir Zelenski - Biz tərəfdaşlarımızla münasibətlərimizin bütün səviyyələrində çalışırıq ki, Ukraynanın milli maraqları nəzərə alınsın
Volodimir Zelenski - Biz tərəfdaşlarımızla münasibətlərimizin bütün səviyyələrində çalışırıq ki, Ukraynanın milli maraqları nəzərə alınsın

Ukrayna prezidenti Volodimir Zelenski xarici işlər naziri Andrey Sibiqa və onun diplomatik komandası ilə görüşüb, – bu barədə Ukrayna prezidenti X sosial şəbəkəsində məlumat yayıb.

“Biz çalışırıq ki, tərəfdaşlarla münasibətlərimizin bütün səviyyələrində Ukraynanın milli maraqları nəzərə alınsın. Hazırda praktiki olaraq hər saat görüşlər keçirilir, zənglər edilir və çox şeyin dəyişməsinə imkan verən razılaşmalar üzərində iş gedir. Vacib olan odur ki, nəticə layiqli sülh olsun. Ukraynaya şan!” – Ukrayna prezidenti sosial şəbəkədə yazır.

Bununla yanaşı, Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makron, Birləşmiş Krallığın Baş Naziri Kir Starmer və Almaniya Kansleri Fridrix Mertslə birgə telefon danışığı apardığını qeyd edir. Ukrayna prezidenti bir daha həmkarlarına dəstəyə görə bir daha təşəkkürünü bildirir.