Volodimir Zelenski – biz ABŞ və Avropa arasında birliyi itirməməliyik

22:29, 24.02.2025

Biz ABŞ və Avropa arasında birliyi itirməməliyik, – bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

Ukrayna prezidenti ABŞ-ın Ukraynaya dəstəyinin davam edəcəyinə ümid etdiyini deyib.

“Biz ümid edirik ki, ABŞ bütün tərəfdaşlar kimi bizi dəstəkləməyə davam edəcək. Biz həmçinin Avropa ilə ABŞ arasında birliyi itirməməliyik ”, – dedi Volodimir Zelenski bildirib.

Bundan başqa, Ukrayna prezidenti müharibənin bu il başa çata biləcəyinə ümid etdiyini deyib.

Zelenski qeyd edib ki, Ukrayna qısa müddətdə Rusiyanın yaxın illərdə geri qayıtmasının qarşısını almaq üçün təhlükəsizlik zəmanətlərinə ehtiyac duyur.

Onun söylədiyinə görə, Avropa İttifaqına və NATO-ya sürətlə üzv olmaq çox faydalı olacaq.

Oxşar