Volodimir Zelenski – bir terrorist hamının həyatında qeyri-sabitlik yaradarsa, terroru dayandırmaq ümumi vəzifədir
Bir terrorist hamının həyatında qeyri-sabitlik yaradarsa, terroru dayandırmaq ümumi vəzifədir-bu barədə Ukrayna prezidenti Volodimir Zelenski ənənəvi videomüraciətində açıqlayıb.
O, Rusiyanın bazar ertəsi günü həyata keçirdiyi növbəti raket hücumları silsiləsilə həm də Budapeşt Memorandumunun imzalanmasının ildönümünü qeyd etdiyini bildirib.
Zelenski Rusiya ilə sənədlərin imzalanmasının mənasız olduğunu, çünki onların bu razılaşmanı mütləq pozacaqlarını qeyd edib. Bu səbəbdən Rusiyanın terror imkanlarını “dağıdıb” qatilləri məsuliyyətə cəlb etmək lazımdır.
Volodimir Zelenski rus raket hücumları nəticəsində 4 nəfərin həyatını itirdiyini açıqlayıb.
Zelenski tərəfdaşlara rus hücumlarını zərərsizləşdirmək üçün istifadə edilən hava hücumundan müdafiə sistemlərini tədarük etdiklərinə görə təşəkkür edib. Bazar ertəsi günü Qara Dəniz Donanması və aviasiya vasitəsilə həyata keçirilən genişmiqyaslı bombardman zamanı Rusiya 70-ə yaxın qanadlı raket buraxıb, hərçənd prezident Zelenskinin də qeyd etdiyi kimi, 60-dan çoxu hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.