Volodimir Zelenski bir neçə yüz Çin vətəndaşının Rusiya işğalçı qüvvələrinin tərkibində döyüşdüyünü bildirir

22:20, 11.04.2025

Ukrayna prezidenti Volodimir Zelenski bir neçə yüz Çin vətəndaşının Rusiya işğalçı qüvvələrinin tərkibində döyüşdüyünü bildirib. Bu barədə Zelenski Krivi Riqdən qoşulduğu “Rammstein” formatı görüşündə bildirib.

Ukrayna prezidentinin dediyinə görə, Çin vətəndaşlarının müharibədə iştirakı Rusiyanın müharibəni, o cümlədən çinlilərin həyatı bahasına davam etdirməyə çalışması deməkdir.

“Hazırda mövcud olan məlumata görə, ən azı bir neçə yüz Çin vətəndaşı Rusiya işğalçı qüvvələrinin tərkibində döyüşür. Bu o deməkdir ki, Rusiya açıq-aşkar Çinin həyatı bahasına olsa belə, müharibəni davam etdirməyə çalışır. Putinin Şimali Koreyadan kifayət qədər hərbçiləri yox idi. İndi o, itkilərini başqa xalqı, çinliləri cəlb etməklə kompensasiya etməyə çalışır”, – Zelenski qeyd edib.

Ukrayna prezidentinin dediyinə görə, Ukrayna və onun tərəfdaşları Moskvaya təzyiq göstərmək üçün birgə fəaliyyət göstərməlidirlər.

Məlumat üçün bildirək ki, Volodimir Zelenski aprelin 8-də Donetsk vilayətində ukraynalı hərbçilərin Rusiya ordusunun tərəfində döyüşən iki Çin vətəndaşını əsir götürdüyünü bəyan etmişdi.

Oxşar