Volodimir Zelenski bildirir ki, Ukrayna qüvvələri Rusiyada, Ukrayna sərhədindən 1700 kilometr məsafədə yerləşən kimya zavoduna hücum edib
Ukrayna Təhlükəsizlik Xidməti Perm diyarında, Ukrayna sərhədindən 1700 kilometr məsafədə yerləşən “Metafrax Chemicals” kimya zavoduna zərbə endirib. Bu barədə məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski yayır.
Onun sözlərinə görə, hücuma məruz qalan zavod Rusiyanın kimya sənayesinin mühüm bir hissəsini təşkil edir.
“Ukrayna Təhlükəsizlik Xidmətinin Rusiyanın mühüm hərbi-sənaye müəssisələrindən birinə həyata keçirdiyi hücuma görə minnətdaram. Sərhədimizdən 1700 kilometr uzaqlıqda – Perm diyarında. “Metafrax Chemicals” Rusiyanın kimya sənayesinin mühüm bir hissəsidir. Şirkətin məhsulları onlarla digər Rusiya hərbi sənaye obyektini, o cümlədən təyyarə və dron, raket mühərrikləri və partlayıcı maddələr istehsal edən zavodları təchiz edir. Hazırda obyektdə istehsal prosesi dayandırılıb. Bu, bizim tərəfimizdən həyata keçirilən mühüm uzaqmənzilli “sanksiyadır””, – Zelenski sosial şəbəkədə yazır.