Volodimir Zelenski bildirir ki, müharibə bitdikdən sonra ailəsi ilə birlikdə dəniz kənarına getmək və istirahət etmək istəyir
Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, o müharibə bitdikdən sonra ailəsi ilə birlikdə dəniz kənarına getmək və istirahət etmək istəyir.
“CNN”ə verdiyi müsahibədə Ukrayna Prezidenti ailəsi ilə ünsiyyət qıtlığı yaşadığını, onlarla vaxt keçirməyin və sarılmağın ona böyük enerji və stimul verdiyini qeyd edib.
“Müharibədən sonra siyasi dünyanın ‘tələsinə’ düşüb-düşməyəcəyi” barədə suala cavab verən Zelenski, dənizə getmək imkanından imtina etməyəcəyini qeyd edir.
“Əlbəttə ki, ailəm üçün darıxıram və onlara həmişə onları sevdiyimi deyirəm. Fiziki olaraq onları qucaqlamağa ehtiyacım var. Bu, böyük bir dəstəkdir, enerjili bir dəstəkdir”, – Zelenski deyir və zarafatla qeyd edir: “Dənizi heç kim məndən ala bilməz… Onun uğrunda mübarizə aparacam”.