Volodimir Zelenski bildirir ki, “qələbə planı” Rusiyanı müharibəni diplomatik yolla bitirməyə sövq edə bilər

21:01, 11.09.2024

“Qələbə planı” Rusiyanı müharibəni diplomatik yolla bitirməyə sövq edə bilər, – bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

“Krım platforması” iclasında söhbət zamanı Zelenski Ukraynanın ikinci sülh sammitindən əvvəl bu planı müttəfiqlərinə təqdim etməsinin vacib olduğunu qeyd edib.

“Əgər tərəfdaşlar planı dəstəkləsələr, Ukrayna üçün Rusiyanı müharibəni dayandırmağa məcbur etmək daha asan olacaq. Bu plan nə üçündür? Bu, Ukraynanı gücləndirəcək və fikrimcə, Rusiyanın bu müharibəni bitirmək qərarına həm psixoloji, həm də siyasi təsir göstərəcək”, – deyə Zelenski bildirib.

Xatırladaq ki, daha əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin bu ayın sonunda Co Bayden, Donald Tramp və Kamala Harrisə təqdim edəcəyi Rusiya ilə müharibədə qalib gəlmək planının olduğunu bildirmişdi.

Oxşar