Volodimir Zelenski bildirir ki, döyüş meydanındakı mövcud vəziyyət Ukraynada müharibəni ən gec 2025-ci ilə qədər bitirmək imkanı yaradır
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, döyüş meydanındakı mövcud vəziyyət Ukraynada müharibəni ən gec 2025-ci ilə qədər bitirmək imkanı yaradır.
“Oktyabr, noyabr və dekabr aylarında hadisələri sülhə və dayanıqlı sabitliyə yönəltmək imkanımız var. Döyüş meydanındakı mövcud vəziyyət bu seçimi etmək imkanı yaradır – 2025-ci ilə gədər müharibəni bitirmək üçün həlledici hərəkət üçün seçim”, – deyə Zelenski Ukrayna-Cənub-Şərqi Avropa Sammitində bildirib.
Vladimir Zelenskinin söylədiyinə görə, qələbə planı bunun üçün imkan yaradır.
“Bizim üçün bu, qələbə planıdır və sizin ölkələrinizdən hər biri üçün bu, etibarlı sabitlik planıdır. Plan tam şəkildə həyata keçiriləcək, Rusiya bizi və Avropanı qorxutmaq qabiliyyətini itirəcək. Bu müharibənin ədalətli başa çatması üçün müfəssəl şərtləri əhatə edən sənəd, sülh çərçivəsi, noyabr ayına qədər hazır olacaq”, – deyə Zelenski bildirib.
Bununla yanaşı, Volodimir Zelenski qeyd edib ki, Ukrayna prezidenti Baydenin rəhbərliyinə ümid edir və Avropada təhlükəsizlik və sülh üçün Britaniya, Fransa, Almaniya və İtaliyanın güclü addımlarına əsaslanır.