Volodimir Zelenski bildirir ki, Əbu-Dabidə keçirilən danışıqlar konstruktiv olub
Ukrayna Prezidenti Volodimir Zelenski Əbu-Dabidə keçiirlən görüşləri konstruktiv adlandırır.
Zelenskinin sözlərinə görə, “danışıqların əsas diqqət mərkəzi müharibənin mümkün yekun parametrləri olub”.
“Müharibənin sona çatdırılması və həqiqi təhlükəsizliyin təmin edilməsi üçün amerika monitorinqi və nəzarətinin zəruriliyini yüksək qiymətləndirirəm”, – Zelenski qeyd edir.
Zelenski danışıqların gələn həftə davam edəcəyini istisna etmir.