Volodimir Zelenski – Belə görünür ki, Putinin qorxduğu yeganə şəxs Trampdır
Belə görünür ki, Putinin qorxduğu yeganə şəxs Trampdır, – bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “Time” jurnalına müsahibəsində bildirib.
Zelenski qeyd edib ki, sülh danışıqları zamanı Rusiyanın Ukraynaya hücumunu davam etdirəcəyi təqdirdə ABŞ Kremli sanksiyalarla hədələyəndə ruslar çox qorxdular.
Bununla yanaşı, Ukrayna prezidentinin dediyinə görə, o ümid edir ki, zaman ərzində Tramp Putinin etibara layiq olmadığını və göründüyündən də zəif olduğunu anlayacaq.
Ukrayna prezidenti qeyd edib ki, Rusiyanın qələbəsi təkcə Ukrayna üçün deyil, həm də bütün Qərb üçün, o cümlədən ABŞ-ın hazırkı liderləri üçün fəlakət olacaq.