Volodimir Zelenski Baxmut şəhərinə gedib

15:11, 20.12.2022

 

Ukrayna Prezidenti Volodimir Zelenski Baxmuta gedib. Məlumatı Ukrayna Prezident Ofisinin nümayəndələri yayırlar.

Donetsk vilayətinin Baxmut şəhəri yaxınlığında döyüşlər may ayından bu yana dayanmır. Rus ordusu şəhəri nəticəsiz şəkildə ələ keçirməyə çalışır.

Baxmutun əhalisinin böyük bir hissəsi artıq şəhəri tərk edib. Şəhərə elektrik enerjisi verilmir. Baxmut şəhərində bir çox bina dağıdılıb.

Oxşar