Volodimir Zelenski Azərbaycana səfər edib, burada o, İlham Əliyevlə müdafiə və enerji sahələrində əməkdaşlıq məsələlərini müzakirə edib
Volodimir Zelenski Azərbaycana səfər edib, burada o, İlham Əliyevlə müdafiə və enerji sahələrində əməkdaşlıq məsələlərini müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski işgüzar səfərlə Azərbaycandadır və ölkə Prezidenti İlham Əliyevlə görüşüb.

Zelenskinin görüşdən əvvəl bildirdiyi kimi, səfər zamanı Ukrayna və Azərbaycan arasında beş hökumətlərarası saziş üzərində işlənəcək. Bununla yanaşı, onun sözlərinə görə, müdafiə və enerji sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

“Düşünürəm ki, bu, həm əməkdaşlıq, həm siyasət, həm də geosiyasət baxımından müəyyən məna kəsb edir. Bu gün biz Ukrayna və Azərbaycan arasında beş dövlətlərarası saziş üzərində işləyəcəyik”, – deyə Ukrayna Prezidenti bildirib.

Bununla yanaşı, Volodimir Zelenski hava hücumundan müdafiə təcrübələrini bölüşmək üçün Azərbaycana göndərilən bir qrup ukraynalı mütəxəssislə görüşdüyünü qeyd edib.

“Azərbaycana səfərimə Ukraynanın hava məkanının müdafiəsi ilə bağlı təcrübəsini bölüşən ekspertlərimizlə görüşlə başladım. Ukrayna həm tərəfdaşlarımızı, həm də bizi gücləndirən əməkdaşlığa həmişə sadiqdir. Təhlükəsizlik sahəsində digər ölkələrə fayda verə biləcək unikal təcrübəmiz var. Biz artıq üç istiqamətdə işləyirik: Yaxın Şərq və Fars körfəzi regionu, Avropa İttifaqı və Azərbaycanla bağlı mühüm sahələr. Təhlükəsizliklə yanaşı, bu gün enerji, iqtisadi və humanitar sahələrdə əməkdaşlığı gücləndirmək üçün çalışacağıq”, – Zelenski sosial şəbəkədə yazır.

Ukraynada tammiqyaslı müharibənin başlamasından sonra bu, Volodimir Zelenskinin Azərbaycana ilk səfəridir.