Volodimir Zelenski Avropa İttifaqını bütün rus dövlət mediasına qadağa qoymağa çağırıb
Ukrayna prezidenti Volodimir Zelenski Avropa İttifaqını bütün rus dövlət mediasına qadağa qoymağa çağırıb. Bu barədə Volodimir Zelenski Praqada keçirilən forum iştirakçılarına müraciətində bildirib.
“Avropa İttifaqının ərazisində Rusiya təbliğatının bir dənə də olsun alverçisi qalmamalıdır. Heç bir rus dövlət telekanalının Avropa İttifaqı ərazisində fəaliyyət göstərmək hüququ olmamalıdır” – deyə Zelenski bildirib.
Avropa İttifaqı Şurasının qərarına əsasən, Rusiyanın təbliğat kanallarının – “Russia Today ” və “Sputnik”in Avropa İttifaqı ərazisində fəaliyyəti qadağan edilib. Sonradan bu siyahıya “Russia-24”, “TV Center İnternational” və “RTR Planeta” də əlavə edilib.