Volodimir Zelenski – Atəşkəs razılaşmasından sonra bəzi ölkələrin ruslarla üzbəüz qalmağımızı istəyəcəyi siqnalları var, lakin Avropa Ukraynanın yanında olacaq

17:21, 03.05.2025

Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərə ABŞ-ın Ukrayna və Rusiya arasında “sülh” danışıqlarından mümkün çıxmasına işarə edən siqnallar barədə danışıb.

Volodimir Zelenski Rusiyayla atəşkəsə nail olmağın çətinliyinə diqqət çəkib.

“Təsəvvür edin, hamı ərazi məsələlərini, sanksiyaları – bunun nə qədər çətin olacağını başa düşür. Buna görə də ehtimal ki, atəşkəs razılaşmasından sonra bəzi ölkələrin ruslarla üzbəüz qalmağımızı istəyəcəyi siqnalları var”, – Zelenski əlavə edib.

Volodimir Zelenski qeyd edib ki, Avropa Ukraynanın yanında olacaq, “çünki onlarla bağlı bir çox məsələlər var”.

Cari həftənin əvvəlində ABŞ dövlət katibi Marko Rubio bildirib ki, əgər sülhün əldə olunmasında irəliləyiş olmasa, Vaşinqton Rusiya və Ukrayna arasında “vasitəçi rolundan” imtina edəcək.

Oxşar