Volodimir Zelenski - artıq 26 ölkə Ukraynanın təhlükəsizliyinə zəmanət verilməsi üçün tədbirlər görməyə hazırdır
Artıq 26 ölkə Ukraynanın təhlükəsizliyinə zəmanət verilməsi üçün tədbirlər görməyə hazırdır – bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
“Bütün azad Avropa, Amerika, Kanada, Yaponiya, Avstraliya, Yeni Zelandiya və dünyanın hər yerindən olan digər tərəfdaşlar bizimlədir. Nəticəmiz: artıq 26 ölkə Ukraynanın təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməyə hazırdır. Mən birgə fəaliyyətimizə görə bütün liderlərə minnətdaram”, – Zelenski bildirib.
Bununla yanaşı, Ukrayna prezidenti qeyd edib ki, “sülhə təminat verilməzdən əvvəl Rusiyanı sülhə sövq etmək lazımdır”.
“Biz hər şeyi etməliyik ki, Moskva bütün sülh təşəbbüslərini rədd etməyi dayandırsın və müharibənin uzadılmasının nəticələrini başa düşsün. Sərt sanksiyalar və rüsumlar – Avropa və Amerikanın birgə səyləri bunun açarıdır. Rusiya hərbi maşınının maliyyələşdirilməsi üçün heç bir imkan qalmamalıdır. Bundan sonra isə təzyiqin həqiqətən təsirli olması üçün daha çox iş görülməlidir”, – Zelenski qeyd edib.