Ukrayna prezidenti Volodimir Zelenski Polşa həmkarı Ancey Dudaya Azadlıq Ordenini təqdim edib. Ukrayna prezidentinin müvafiq fərmanı bu gün dərc edilib.
Sənəddə yazılıb ki, Polşa prezidentinə mükafat “Ukrayna-Polşa beynəlxalq əməkdaşlığının gücləndirilməsində göstərdiyi xüsusi şəxsi xidmətə, həmçinin Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsinə görə təqdim edilib”.
Ancey Duda bu gün rəsmi səfərlə Kiyevdədir, prezident kimi bu onun son səfəridir.
“Bu səfər mənim üçün vidadır və prezidentlik fəaliyyətimdə mühüm bir dövrü sona çatdırır. Mən həmişə Ukrayna prezidentini onun mübarizəsində dəstəkləmişəm”, – Kiyevdə olan Anjey Duda bildirib.