Volodimir Zelenski Andrey Yermakı Milli Təhlükəsizlik Şurasından və Ali Baş Komandanlığın Qərargahından azad edib
Volodimir Zelenski Andrey Yermakı Milli Təhlükəsizlik Şurasından və Ali Baş Komandanlığın Qərargahından azad edib

Ukraynanın Prezidenti Volodimir Zelenski administrasiyanın sabiq rəhbəri Andrey Yermakı Milli Təhlükəsizlik və Müdafiə Şurasından, həmçinin Ali Baş Komandanlığın Qərargahından azad edib. Bu barədə dövlət başçısının 5 dekabr tarixli №901-902/2025 saylı sərəncamlarında deyilib.

Noyabrın 28-də Yermak istefa ərizəsi təqdim edib. O, öz növbəsində, Ukrayna prezidentinə işdən çıxarılmasına görə heç bir incikliyinin olmadığını bildirib. Yermakın dediyinə görə, Zelenski bu vəzifəni tutmamışdan əvvəl onun dostu olub və dostu olaraq da qalacaq.

Ukrayna mediasının məlumatına görə, ölkə prezidentinin administrasiyasına yeni rəhbərin təyin olunması barədə qərarın yaxın vaxtlarda gözlənildiyi bildirilir.