Volodimir Zelenski – ağır səhərdir, biz Ukraynada iki hədəfi-enerji obyektləri və insanlar olan terrorçularla qarşı-qarşıyayıq
Rus terrorçuların Ukraynada iki hədəfi var. Bu enerji obyektləri və insanlardır-bu barədə Ukrayna prezidenti Volodimir Zelenski videomüraciətində açıqlayıb.
Zelenski vətəndaşları sığınacaqlarda qalmağa çağırıb və qeyd edib ki, Ukrayna hərbçiləri sayəsində hər şey yaxşı olacaq.
“Ağır səhərdir. Biz terrorçularla mübarizə aparırıq. Onlarla raket, İran istehsalı “Şahed” pilotsuz uçuş aparatları.Onların iki hədəfi var. Birincisi, bütün ölkəboyu enerji obyektləridir-Kiyev və Xmelnitski vilayətləri, Lvov və Dnepr, Vinnitsa, Frankovsk vilayəti, Zaporojya, Sumi vilayəti, Xarkov vilayəti, Jitomir vilayəti, Kirovoqrad vilayəti, ölkənin cənubu. Onlar təşviş və xaos yaratmağa çalışır, bizim enerji sistemlərimizi məhv etmək istəyirlər. İkinci hədəf insanlardır. Onlar daha çox zərər vurmaq üçün belə bir vaxt və hədəflər seçiblər, lakin biz ukraynalıyıq, bir-birimizə kömək edirik. Biz özümüzə inanırıq. Biz məhv edilmiş hər şeyi bərpa edəcəyik. Düşmən bizim insanların qaçacağından qorxmağımızı istəyir, biz isə yalnız irəliləmək və bunu döyüş meydanında nümayiş etdirmək üçün qaçırıq. Xahiş edirəm , bu gün sığınacaqlarda qalın. Təhlükəsizlik qaydalarına əməl edin və hər zaman yadda saxlayın ki, Ukrayna bu düşmən peyda olmazdan əvvəl də var idi, ondan sonra da olacaq”- deyə Zelenski bildirib.