Volodimir Zelenski – ABŞ prezidenti Rusiyanın müharibəni dayandırmaqda maraqlı olmadığını, üstəlik, Donald Trampın Ukraynanın sülh istədiyini anladığını başa düşdü
Ukrayna prezidenti Volodimir Zelenskinin bildirdiyinə görə, ABŞ prezidenti Donald Tramp məhz Rusiyanın müharibəni bitirməkdə maraqlı olmadığını başa düşüb.
“Prezident müharibənin bitməməsini təmin etməkdə kimin həqiqətən maraqlı olduğunu anladı. Üstəlik, o anladı ki, biz Putini dayandırmaq istəyirik və həqiqətən də sülh arzulayırıq. Əvvəllər isə elə fikirlər səslənirdi ki, sanki Ukrayna müharibəni dayandırmaq istəmir, lakin biz, ilk növbədə, insanların həyatına diqqət yetiririk. Əgər sabah müharibəni dayandıra və atəşkəsə nail ola bilsək, bu, qələbə üçün 10-20 il döyüşməkdən və xalqımızı itirməkdən qat-qat yaxşı olar. Atəşkəs ən yaxşı alternativdir”, – deyə Zelenski qeyd edib.
Zelenski həmçinin bildirib ki, Prezident Tramp ona etibar etməyə başlayıb.
“Əgər ton dəyişikliyindən danışırıqsa, əsas amil budur”, – Volodimir Zelenski qeyd edib.