Ukrayna prezidenti Volodimir Zelenski ABŞ ilə minerallar haqqında saziş imzalayıb. Ukrayna mediasının yazdığına görə, müvafiq məlumat Ali Radanın rəsmi saytında dərc olunub. Bu addım sazişin ratifikasiyası üçün rəsmi prosedurun başa çatdığını bildirir.
Ali Rada ABŞ ilə faydalı qazıntılar haqqında sazişi 8 may tarixində ratifikasiya edib.
ABŞ və Ukrayna aprelin 30-da faydalı qazıntının birgə çıxarılması və Ukraynanın yenidən qurulması üçün investisiya fondunun yaradılması haqqında saziş imzalayıb. Fond vasitəsilə vəsaitlərin səfərbərliyi istifadə olunmuş təbii resurslardan, infrastruktur obyektlərindən və Ukraynanın digər aktivlərindən əldə olunan gəlirlər hesabına həyata keçiriləcək. Bununla yanaşı, sənədin imzalanmasından sonra Vaşinqtonun ABŞ-ın Ukraynaya göstərəcəyi hərbi yardım fonda investisiya kimihesab olunacaq.
Vaşinqtonda sazişi imzalayan Ukraynanın baş nazirinin müavini və iqtisadiyyat naziri Yuliya Svirydenko bildirirdi ki, sazişin ratifikasiyasından bir neçə həftə ərzində Ukrayna-amerikan İnvestisiya Fondu fəaliyyətə başlayacaq.