Volodimir Zelenski – ABŞ-a Ukraynanın sabitliyini və müdafiə qabiliyyətini gücləndirmək üçün yola düşdüm
Ukrayna Prezidenti Volodimir Zelenski Amerikaya səfəri ilə bağlı yayılan məlumatı təsdiqləyib. Bu barədə Zelenski “Twitter” mikrobloqunda yazıb.
“Amerika Birləşmiş Ştatlarına Ukraynanın sabitliyini və müdafiə qabiliyyətini gücləndirmək üçün yola düşdüm. ABŞ Prezidenti Co Baydenlə Ukrayna və Amerika arasında əməkdaşlıq məsələsini müzakirə edəcəyik. Həmçinin Konqresdə çıxış edəcəyəm və bir neçə ikitərəfli görüşlər keçirəcəyəm” -deyə Zelenski yazır.
Xatırladaq ki, müharibə başlayandan sonra bu, Ukrayna Prezidentinin ilk xarici səfəridir.