Volodimir Zelenski ABŞ-a, Avropaya və digər ölkələrə müraciət edərək Rusiyaya təzyiqlərin artırılmasını istəyir – xahiş edirəm, qətllərin və hücumların dayandırılması məqsədilə yeni və effektiv sanksiyalar tələb edin

Ukrayna prezidenti Vladimir Zelenski bir daha ABŞ, Avropa və digər ölkələri Rusiyaya təzyiqləri artırmağa çağırıb.

Zelenskinin dediyinə görə, ötən gecə Ukraynaya 400-dən çox dron və 40 raketlə hücum həyata keçirilib.

“Mən sizi Rusiyaya ədalətli təzyiq göstərmək üçün bütün səyləri dəstəkləməyə çağırıram. Diplomatiyanı, siyasi və iqtisadi təzyiqləri dəstəkləyin. Xahiş edirəm, qətlləri və zərbələri dayandırmaq, real sülhə nail olmaq üçün Rusiyaya və onun rejiminə qarşı yeni effektiv sanksiyalar tələb edin”, – deyə Zelenski bildirib.

Xatırladaq ki, ötən gecə Rusiya Ukraynaya genişmiqyaslı hücum həyata keçirib. Paytaxt Kiyevə hücum edilib, 3 nəfər həlak olub, 27 nəfər isə yaralanıb. Lutsk şəhərinə də dronlar və raketlərlə hücum həyata keçirilib, burada beş nəfər yaralanıb.