Volodimir Zelenski Əbu-Dabidəki Ukrayna nümayəndə heyəti ilə daim əlaqədə olduğunu bildirir - "Komanda nə edəcəyini bilir, qərar dialoq əsasında yerində veriləcək"
Ukrayna Prezidenti Volodimir Zelenski Birləşmiş Ərəb Əmirliklərində üçtərəfli görüşlə bağlı Ukrayna nümayəndə heyəti ilə məsləhətləşmələr keçirəcəyini bildirib.
Onun dediyinə görə, Ukrayna nümayəndələri nə edəcəklərini bilirlər.
“Mən nümayəndə heyətinin rəhbəri Rustəm Umerovla danışdım. Bütün komanda telefon danışığını dinlədi, hamı ilə danışdıq. Danışıqların formatı fərqli ola bilər və komanda dialoqa əsasən yerində qərar verəcək. Belə bir formatda danışıqlar uzun müddətdən sonra ilk dəfə keçirilir”, – deyə Ukrayna prezidenti qeyd edib.
Bununla yanaşı, Zelenski nümayəndə heyəti ilə daim əlaqədə olduğunu izah edib.
Məlumat üçün bildirək ki, “CNN” mənbələrə istinadən yazır ki, artıq Əbu-Dabidə ABŞ, Ukrayna və Rusiyanın rəsmi şəxsləri arasında görüş keçirilir.